Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qiymətləndirilən dövr ərzində Azərbaycanda ümumilikdə 192,878 mln. manat (248,3 mln. dollar) həcmində kimya sənayesi məhsulları istehsal olunub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı qiymət ekvivalentində 12,1% artıb.
Qeyd edək ki, 2013-cü ildə 57,169 mln. dollar həcmində kimya sənayesi məhsulları ixrac olunub, 2012-ci il ilə müqayisədə ixrac 67,8% azalıb. İxracın ümumi həcmində kimya sənayesi məhsullarının payı 0,24% olub.