"Azərikimya"da yaxın vaxtlarda modernizasiya çərçivəsində tikinti işlərinə başlanılacaq

"Azərikimya"da yaxın vaxtlarda modernizasiya çərçivəsində tikinti işlərinə başlanılacaq İstehsalat Birliyində 2015-2019-cu illəri əhatə edən modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir
Sənaye
27 Aprel , 2016 12:58
Azərikimyada yaxın vaxtlarda modernizasiya çərçivəsində tikinti işlərinə başlanılacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyində (İB) 2015-2019-cu illəri əhatə edən modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" konfransında "Azərikimya" İB-nin icraçı direktorunun müavini Sərvər Ağayev bildirib.

S.Ağayev qeyd edib ki, layihə üç mərhələdə həyata keçiriləcək: "Məqsəd Etilen-Polietilen Zavodunun effektivliyinin artırılmasıdır: Zavodda 2015-ci ildə müəyyən işlər görüldükdən sonra məhsuldarlıq 106 min ton etilen, 56 min ton propilen olub. Modernizasiyadan sonra əsas məqsəd etilenin məhsuldarlığını 192 min tona, propilenin məhsuldarlığını isə 190 min tona çatdırmaqdır".

Onun sözlərinə görə, I mərhələ 2015-2017-ci illəri əhatə edəcək: "Bu mərhələdə propilenin məhsuldarlığının 135 min tondan 190 min tona qaldırılması, hidrogenin zənginləşdirilməsi qurğusunun tikintisi, yeni hidrogen qurğusunun tikintisi, propilenin təmizlənməsi qurğusunun tikintisi və digər işlər nəzərdə tutulur".

S.Ağayev bildirib ki, ikinci mərhələ 2016-2018-ci illəri əhatə edəcək: "Bu mərhələ çərçivəsində yeni sobaların tikintisi, quru qazın təmizlənməsi qurğusu, etilenin təmizlənməsi qurğusunun tikintisi və digər işlər planlaşdırılır".

Onun sözlərinə görə, III mərhələdə isə EP-300 istehsalatının disyə sisteminin tətbiqinin başa çatdırılması, köməkçi qurğuların və infrastrukturun modernizasiyası aparılacaq. Birlik rəsmisi qeyd edib ki, bu layihə çərçivəsində əlavə etilen və propilen anbarları tikiləcək.

S.Ağayev hazırda layihələndirmə işlərinin aparıldığını, yaxın vaxtlarda tikintiyə başlanacağını qeyd edib.

.  

Son xəbərlər

Orphus sistemi