“Azərikimya”da Həmkarlar İttifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilib

“Azərikimya”da Həmkarlar İttifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilib Vaqif Ömərov yenidən Azərikimya” Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib
Sənaye
29 Avqust , 2017 19:19
“Azərikimya”da Həmkarlar İttifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilib

Bakı. 29 avqust. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyi (İB) Həmkarlar İttifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilib.

Birlikdən “Report”a verilən məlumata görə, tədbirdə Birlik Həmkarlar İttifaqı Komitəsinin və Təftiş komissiyasının hesabatlarının dinlənilməsi, İdarə heyətinin, təftiş komissiyasının üzvlərinin və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayına nümayəndələrin seçilməsi məsələləri təsdiq olunub.

Çıxışlardan sonra Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti qənaətbəxş hesab olunub və Təftiş komissiyasının hesabatı təsdiqlənib. Hər iki məsələ ilə bağlı qərar layihəsi qəbul olunub.

Daha sonra “Azərikimya” Həmkarlar İttifaqı Komitəsinin nümayəndə heyəti, Təftiş Komissiyası və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayına nümayəndələr seçilib.

Vaqif Ömərov yenidən Azərikimya” Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Son xəbərlər

Orphus sistemi