“AzerGold” ixrac gəlirlərini 74% artırıb

“AzerGold” ixrac gəlirlərini 74% artırıb Bu ilin yanvar-may aylarında “AzerGold” QSC 54,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Sənaye
1 İyul , 2021 12:43
“AzerGold” ixrac gəlirlərini 74% artırıb

Bu ilin yanvar-may aylarında “AzerGold” QSC 54,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyi dövrü ilə müqayisədə 23,1 milyon ABŞ dolları və yaxud 74% çoxdur.

“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi