“AzerGold” ixrac gəlirlərini 26 % artırıb

“AzerGold” ixrac gəlirlərini 26 % artırıb Bu ilin yanvar-oktyabr aylarında “AzerGold” QSC 88,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Sənaye
2 Dekabr , 2020 13:00
“AzerGold” ixrac gəlirlərini 26 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında “AzerGold” QSC 88,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon ABŞ dolları və yaxud 25,5 % çoxdur.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi