Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.
2023-cü ilin yanvar-avqust aylarında şirkət 28,1 min unsiya qızıl hasil edib, 23,1 min unsiya qızıl ixrac edib.
Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0,5 %, qızıl ixracı planı isə 3 % artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1 %, ixracda isə 4,4% daha artıq hədəfdir.
Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri |
||||
2022-ci il |
2023-cü il |
Ötən ilin ilk 8 ayı ilə müqayisə |
Cari ilin ilk 8 aylıq planı ilə müqayisə |
|
Qızıl hasilatı |
36,864 Oz |
28,132 Oz |
24%↓ |
0.5%↑ |
Gümüş hasilatı |
127,829 Oz |
79,934 Oz |
37%↓ |
49.6%↑ |
Qızıl ixracı |
33,160 Oz |
23,122 Oz |
30%↓ |
3%↑ |
Gümüş ixracı |
110,885 Oz |
61,541 Oz |
45%↓ |
39%↑ |
Qızılın ixrac dəyəri |
103,969,527 AZN |
76,538,340 AZN |
26%↓ |
25%↑ |
Gümüşün ixrac dəyəri |
4,108,106 AZN |
2,504,725 AZN |
39%↓ |
85%↑ |
Cəmi ixrac gəliri |
108,077,634 AZN |
79,043,065 AZN |
27%↓ |
26%↑ |
|
|||
2022-ci il |
2023-cü il |
Ötən ilin ilk 8 ayı ilə müqayisə |
|
Qızılın daxili satışı |
1,929 Oz |
3,938 Oz |
104%↑ |
Gümüşün daxili satışı |
7,141 Oz |
23,518 Oz |
229%↑ |
Qızılın daxili satış dəyəri |
6,662,791 AZN |
13,461,556 AZN |
102%↑ |
Gümüşün daxili satış dəyəri |
303,934 AZN |
981,732 AZN |
223%↑ |
Daxili satış üzrə cəmi gəlir |
6,966,725 AZN |
14,443,288 AZN |
107%↑ |
2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri |
|||
2022-ci il |
2023-cü il |
Ötən ilin ilk 8 ayı ilə müqayisə |
|
Qızılın cəmi satış gəliri |
110,632,318 AZN |
89,999,896 AZN |
19%↓ |
Gümüşün cəmi satış gəliri |
4,412,041 AZN |
3,486,456 AZN |
21%↓ |
Cəmi gəlir |
115,044,359 AZN |
93,486,352 AZN |
19%↓ |
Bu il sentyabrın 1-nə QSC-nin qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlir formalaşdırır.
Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarında yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.