Azərbaycanın sənaye müəssisəsi ötən ili mənfəətlə başa vurub

Sənaye
  • 29 aprel, 2025
  • 09:22
Azərbaycanın sənaye müəssisəsi ötən ili mənfəətlə başa vurub

"Neftqazmaş" ASC 2024-cü ili 651 min manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2023-cü ildən 495 min manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Neftqazmaş"ın aktivləri 3,824 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % azdır.

Hesabat dövründə şirkətin öhdəlikləri 42,1 % azalaraq 924 min manata düşüb, balans kapitalı isə 22,7 % artaraq 2,9 milyon manata çatıb.

Xatırladaq ki, "Neftqazmaş" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 768 min manatdır.