Azərbaycanın oksigen istehsalçısı səhmdarlarına hesabat verəcək

Azərbaycanın oksigen istehsalçısı səhmdarlarına hesabat verəcək Söhbət “Baku Oxygen Company” ASC-dən gedir
Sənaye
4 May , 2017 10:15
Azərbaycanın oksigen istehsalçısı səhmdarlarına hesabat verəcək

Bakı. 4 may. REPORT.AZ/ İyunun 20-də, saat 10:00-da “Baku Oxygen Company” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin baş direktoruna istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Babək küçəsi, 55 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Baku Oxygen Company” ASC ötən əsrin 80-ci illərində tikilərək istifadəyə verilmiş, əsasən oksigen, azot, arqon, texniki hidrogen istehsalı ilə məşğul olan zavodun bazasında 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 876 388 manatdır. 

Son xəbərlər

Orphus sistemi