Azərbaycanın aparıcı boru istehsalçısı ötən ili mənfəətlə başa vurub

Azərbaycanın aparıcı boru istehsalçısı ötən ili mənfəətlə başa vurub Azərbaycanda boru istehsalı ilə məşğul olan “Metak” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 87,368 milyon manat təşkil edib.
Sənaye
15 İyul , 2019 18:03
Azərbaycanın aparıcı boru istehsalçısı ötən ili mənfəətlə başa vurub

Azərbaycanda boru istehsalı ilə məşğul olan “Metak” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 87,368 milyon manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 31,3% çoxdur.

Hesabat dövründə “Metak”ın cəmi öhdəlikləri 2,3% azalaraq 38,93 milyon manata düşüb, cəmi kapitalı isə 81,5% artaraq 48,439 milyon manata, o cümlədən nizamnamə kapitalı 67,8% artaraq 20 milyon manata çatıb.

2018-ci ildə “Metak”ın satışdan gəlirləri 89,862 milyon manat, satışının maya dəyəri 76,607 milyon manat, ümumi və inzibati xərcləri 6,274 milyon manat, debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 99 min manat, xarici valyuta mübadiləsi üzrə zərəri 55 min manat, digər gəlirləri 127 min manat, köhnəlmə və amortizasiya xərcləri 1,928 milyon manat, maliyyə xərcləri 2,532 milyon manat, mənfəət vergisi ödəmələri isə 212 min manat təşkil edib. Son nəticədə şirkət ötən ili 2,282 milyon manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Metak” MMC 1997-ci ildə yaradılıb. Şirkətin yeganə təsisçisi Alik Kainbəy oğlu Kərimovdur. 

Son xəbərlər

Orphus sistemi