Azərbaycanda yeni sənaye zonaları yaradılacaq

Azərbaycanda yeni sənaye zonaları yaradılacaq Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycanda yeni sənaye zonaları yaradılması istiqamətində iş gedir”.
Sənaye
27 Sentyabr , 2018 14:38
Azərbaycanda yeni sənaye zonaları yaradılacaq
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycanda yeni sənaye zonaları yaradılması istiqamətində iş gedir”.

Bunu "Report" açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, bu məsələ ciddi iqtisadi təhlil və qiymətlındirmə tələb edir: “Azərbaycanın bir neçə iqtisadi regionu üzrə bu işlərə başlamışıq, müvafiq dövlət qurumları ilə müzakirələr aparırıq. Bu işlərin miqyası genişləndiriləcək".

Nazir müavini hazırda ölkədə yaradılan sənaye məhəllələrindəki son vəziyyət barədə də danışıb: “Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri uğurla davam edir və yaxın zamanlarda yekunlaşacaq. Həmçinin Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə başlanılır. Hər iki sənaye məhəlləsində fəaliyyət göstərəcək sahibkarlarla danışıqlar aparılır. Bir sıra sahibkarlıq subyektləri iştirakçı kimi qeydə alınıb. Onlar avtomobil yığımı, metallurgiya, xalçaçılıq, gübrə yığımı və bir çox sahələri əhatə edir". 

Son xəbərlər

Orphus sistemi