Azərbaycanda yeni əczaçılıq müəssisələrinin açılması ilə bağlı iş aparılır

Azərbaycanda yeni əczaçılıq müəssisələrinin açılması ilə bağlı iş aparılır Pirallahıdakı dərman istehsalı zavodunda 80 adda dərman istehsal ediləcək
Sənaye
2 Noyabr , 2016 11:00
Azərbaycanda yeni əczaçılıq müəssisələrinin açılması ilə bağlı iş aparılır

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakının Pirallahı qəsəbəsində təməli qoyulan əczaçılıq zavodunda təxminən 80 adda dərman istehsal ediləcək. ”Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zavodun inşasına 74 mln. ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur: “Təxminən 2 ildən sonra bu zavod işə düşəcək. Müəssisənin inşası, Azərbaycanın dərman idxalından asılılığının aradan qaldırılması istiqamətində ilk addımdır”.

Nazir qeyd edib ki, hazırda əlavə olaraq bir neçə dərman istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə bağlı iş aparılır: “Bu istiqamətdə Rusiya, Türkiyə və bəzi Avropa şirkətləri ilə danışıqlar gedir". 

Son xəbərlər

Orphus sistemi