Azərbaycanda yeni dövlət standartları təsdiq edilib

Azərbaycanda yeni dövlət standartları təsdiq edilib Bu, suyun keyfiyyəti ilə bağlı olan standartlardır
Sənaye
11 Sentyabr , 2015 15:26
Azərbaycanda yeni dövlət standartları təsdiq edilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra yeni dövlət standartları təsdiq edilib.

“Report” Komitənin məlumatına əsasən bildirir ki, bunlar beynəlxalq standartlar əsasında hazırlanıb. 

Bu, “Suyun keyfiyyəti. Civənin təyini”, “Suyun keyfiyyəti - Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli”, “Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat”, “Suyun keyfiyyəti - Çayların bioloji təsnifatı hissə II: Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd”, “Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem, “Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı”, “Torpağın keyfiyyəti - Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat”, “Torpağın keyfiyyəti - Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr”, “Ətraf mühitin idarəetmə sistemləri.İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur”, “Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları” ilə bağlı olan standartlardır.

Son xəbərlər

Orphus sistemi