Azərbaycanda sənayenin qeyri-neft sektorunda 3%-dən çox artım olub

Azərbaycanda sənayenin qeyri-neft sektorunda 3%-dən çox artım olub Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.
Sənaye
13 Noyabr , 2017 12:49
Azərbaycanda sənayenin qeyri-neft sektorunda 3%-dən çox artım olub
Report

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4% artıb, neft sektorunda isə 5,9% azalıb.

Sənaye məhsulunun 70%i mədənçıxarma sektorunda, 24,8%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2%, əmtəəlik qaz hasilatı isə 2,6% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 0,9%, içkilərin istehsalı 24,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 68,4%, geyim istehsalı 36,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 46%, kimya sənayesi məhsullarının istehsalı 20,7%, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 89,1%, tikinti materiallarının istehsalı 28,8%, kompüter və elektron məhsulların istehsalı 30,5%, elektrik avadanlıqlarının istehsalı 59,9%, maşın və avadanlıqların istehsalı 23,6%, sair nəqliyyat vasitələrinin istehsalı 19,1%, mebel istehsalı 14,1% artıb, tütün məmulatlarının istehsalı 6,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,9%, kağız və karton istehsalı 1,3%, poliqrafiya məhsullarının istehsalı 28,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 13,1%, hazır metal məmulatlarının istehsalı 16,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,8% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9% azalıb.

Son xəbərlər

Orphus sistemi