Azərbaycanda sənaye məhsullarının istehsalı 5%-ə yaxın artıb

Azərbaycanda sənaye məhsullarının istehsalı 5%-ə yaxın artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edib.
Sənaye
13 Mart , 2019 12:11
Azərbaycanda sənaye məhsullarının istehsalı 5%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5% artıb.

Sənaye məhsulunun 71,7%-i mədənçıxarma sektorunda, 22,7%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb, əmtəəlik qaz hasilatı isə 34,3% artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5%, maşın və avadanlıqların istehsalı 80,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 64%, içkilərin istehsalı 63,4%, kağız və karton istehsalı 50,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6%, kompüter, elektron və optik məhsulların istehsalı 37,8%, kimya sənayesi məhsullarının istehsalı 33,2%, əczaçılıq məhsullarının istehsalı 26,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2%, tikinti materiallarının istehsalı 12,8% artmış, sair nəqliyyat vasitələrinin istehsalı 4,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9%, hazır metal məmulatlarının istehsalı 12,4%, poliqrafiya məhsullarının istehsalı 15,7%, elektrik avadanlıqlarının istehsalı 24%, geyim istehsalı 27,1%, tütün məmulatlarının istehsalı 32,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,1% artıb.

Son xəbərlər

Orphus sistemi