Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 34,7 milyard manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çox sənaye məhsulu istehsal edib.
“Report”un
Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 25,2%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 2,8% azalıb, əmtəəlik qaz hasilatı isə 29,3% artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99%, tütün məmulatlarının istehsalı 78,5%, hazır metal məmulatlarının istehsalı 78,1%, kompüter, elektron və optik məhsulların istehsalı 77,2%, içkilərin istehsalı 40,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1%, kağız və karton istehsalı 25,0%, kimya sənayesi məhsullarının istehsalı 20,6%, qida məhsullarının istehsalı 15,1%, əczaçılıq məhsullarının istehsalı 12,6%, poliqrafiya məhsullarının istehsalı 11,8%, geyim istehsalı 10,6%, tikinti materiallarının istehsalı 4,2%, maşın və avadanlıqların istehsalı 1,8% artıb. Bundan əlavə neft məhsullarının istehsalı 1,0%, elektrik avadanlıqlarının istehsalı 8,5%, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.