Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2019-cu ildə 46,7 milyard manatlıq və yaxud 2018-ci illə müqayisədə 1,8% çox sənaye məhsulu istehsal edib.
"Report" bu barədə
Məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3% artıb. Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 25,2%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,3% azalıb, əmtəəlik qaz hasilatı isə 27,7% artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9%, tütün məmulatlarının istehsalı 80,7%, hazır metal məmulatlarının istehsalı 80%, kompüter, elektron və optik məhsulların istehsalı 51,8%, poliqrafiya məhsullarının istehsalı 42,2%, içkilərin istehsalı 41,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5%, kimya sənayesi məhsullarının istehsalı 25,6%, kağız və karton istehsalı 25,5%, geyim istehsalı 22,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22%, əczaçılıq məhsullarının istehsalı 20,6%, qida məhsullarının istehsalı 10,8%, tikinti materiallarının istehsalı 5%, elektrik avadanlıqlarının istehsalı 1,1%, maşın və avadanlıqların istehsalı 1% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9%, neft məhsullarının istehsalı 3,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5%, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6% artıb.