Azərbaycanda sənaye istehsalı 1,4% artıb

Azərbaycanda sənaye istehsalı 1,4% artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 38,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5% artıb.
Sənaye
14 Noyabr , 2019 13:09
Azərbaycanda sənaye istehsalı 1,4% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 38,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 70,3%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3% azalıb, əmtəəlik qaz hasilatı isə 27,8%, emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3%, hazır metal məmulatlarının istehsalı 83,%, tütün məmulatlarının istehsalı 67,6%, içkilərin istehsalı 39,5%, kompüter, elektron və optik məhsulların istehsalı 37,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 37,0% artıb.

maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4%, mebel istehsalı 29,5%, kimya sənayesi məhsullarının istehsalı 26,5%, kağız və karton istehsalı 24,6%, poliqrafiya məhsullarının istehsalı 23,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7%, əczaçılıq məhsullarının istehsalı 20,8%, qida məhsullarının istehsalı 13,9%, geyim istehsalı 12,0%, elektrik avadanlıqlarının istehsalı 6,8%, maşın və avadanlıqların istehsalı 4,5%, tikinti materiallarının istehsalı 3,8% artıb.

Neft məhsullarının istehsalı 4,8%, sair nəqliyyat vasitələrinin istehsalı 10,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,4% artıb.

Son xəbərlər

Orphus sistemi