Yuxarı
    Bağlamaq

    Azərbaycanda qızıl və gümüş hasilatı artıb

    Bu ilin ilk 9 ayında 4,4 ton qızıl hasil olunub

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4 434,6 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 14,1% artaraq 311,8 kq təşkil edib.

    “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

    “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi