Yuxarı

Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb

Bununla yanaşı, bu il ölkədə yük avtomobillərinin istehsalı 17% artıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 370 ədəd minik, 210 ədəd yük avtomobili istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 79,1% az və 16,7% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə traktor istehsalında da azalma müşahidə olunub. Traktor istehsalı illik müqayisədə 23,3% azalaraq 670 ədədə düşüb. Bundan başqa, hesabat dövründə ölkədə 469 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal olunub.

Hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Statistikaya əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 200,1 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 28,1%, nəqliyyat vasitələrinin istehsalı 1,1%, avtomobil və qoşquların istehsalı isə 24,0% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi