Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 mln manatlıq məhsul istehsal edilib.
“Report”
Belə ki, dövr ərzində ölkədə 863 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 11,7% azdır. Nəticədə, bu ilin sentyabrın 1-nə 364 ədəd məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 496 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə, bu ilin sentyabrın 1-nə 227 ədəd məhsul ehtiyatı yaranıb.
Bu il fəvvarə armaturunun istehsalı 29,9%, ştanqlı quyu nasoslarının istehsalı 54,5%, mancanaq dəzgahlarının istehsalı 20,1% artıb.