Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 mln. manatlıq məhsul istehsal edilib.
“Report”un
Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb. Bununla yanaşı, 1 220 ədəd traktor istehsal edilib ki, bu da 2017-ci ilin 10 ayı ilə müqayisədə 9,6% çoxdur.
Bu ilin 10 ayı ərzində Azərbaycanda 610 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 20,3 dəfə çoxdur. Bu dövr ərzində mancanaq dəzgahlarının istehsalı 2,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,6% artıb.