Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln manatlıq məhsul istehsal edilib.
“Report”un
Dövr ərzində 901 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 323 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 11 ayı ərzində ölkədə 2 072 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 422 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda ştanqlı quyu nasoslarının istehsalı 56,2%, fəvvarə armaturunun istehsalı 36,1%, mancanaq dəzgahlarının istehsalı 24,1% artıb.