Azərbaycanda minik avtomobili istehsalı 10 dəfə artıb
Sənaye
- 17 sentyabr, 2018
- 13:18
Bakı.17 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 311 minik avtomobili istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 dəfə artıb. Sentyabrın 1-nə 131 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Traktor istehsalı da illik 3,8% artaraq bu ilin ilk səkkiz ayı ərzində 977 ədədə çatıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,9% artaraq 31,6 mlrd. manat təşkil edib. Sənaye məhsulunun 22,3%-i emal sektorunda istehsal olunub. Emal sənayesində yanvar-avqust aylarında 7 032,4 mln. manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.
Son xəbərlər
17:12
Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb
Biznes17:11
Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq
Turizm17:08
TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
Xarici siyasət17:06
Azərbaycanda Tuğ Enoturizm Təcrübə Mərkəzi yaradılacaq
Turizm17:03
TIF Azərbaycanın milli valyutasında maliyyə vəsaiti cəlb edə bilər
Maliyyə16:59
Aİ Ukraynaya 200 milyon avro ayrılması barədə sorğunu qəbul etməyib
Digər ölkələr16:51
Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
Turizm16:45
Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
Turizm16:40