Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib.
“Report” xəbər verir ki, bu “Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycanda faydalı qazıntı yataqları və təzahürləri kadastrı planına əsasən hazırlanmış yatağın pasportunda göstərilən geoloji-iqtisadi informasiya aşağıdakı göstəricilərdən (meyarlardan) ibarətdir:
-Yatağın adı;
-Əsas faydalı qazıntıların adı;
-Yerləşdiyi məkan;
-Coğrafi koordinatlar;
-Geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyi;
-Yatağın kəşf tarixi;
-Kəşfiyyat şəbəkələri, dağ-qazma və sınaqlaşdırma işlərinin növləri, həcmi, kəşfiyyatın ümumi dərinliyi;
-Yataq ərazisində aparılan geoloji işlərin mərhələləri, tarixi və maliyyə vəsaiti xərcləri;
-Sahənin geoloji (şəraiti) strukturu;
-Yatağın yan süxurları;
-Süxurun mineral tərkibi;
-Süxurun kimyəvi tərkibi;
-Süxurun texnoloji xüsusiyyətləri;
-İstismarın dağ-texniki şəraiti;
-İstismarın hidrogeoloji şəraiti.