Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq

Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq İqtisadiyyat Nazirliyi və “Hayat Pharm” MMC arasında anlaşma memorandumu imzalanıb
Sənaye
28 Sentyabr , 2017 17:52
Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən XXIII Azərbaycan Beynəlxalq Səhiyyə (BIHE 2017) Sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi və “Hayat Pharm” MMC arasında əczaçılıq sənayesinin yaradılması və inkişafının dəstəklənməsinə dair anlaşma memorandumu imzalanıb. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və “Hayat Pharm” MMC-nin baş direktoru Ramin Hacıyev imzalayıblar.

Sənədə əsasən, Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq, əczaçılıq məhsullarının ixracının təşviqi üzrə təkliflər hazırlanacaq, yeni əczaçılıq məhsullarının istehsalına və bu sahədə elmi-tədqiqat fəaliyyətinə investisiya qoyuluşu təşviq ediləcək.

Qeyd edək ki, “Hayat Pharm” ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edir. Pirallahı Sənaye Parkında əczaçılıq məhsullarının istehsalını həyata keçirəcək “Hayat Pharm” Azərbaycan-Rusiya birgə müəssisəsidir. Müəssisədə Azərbaycanın “Vita-A” şirkəti 45%, “Azərbaycan İnvestisiya Şirkəti” 10% və Rusiyanın “R-Pharm” şirkəti 45% paya malikdir.

Son xəbərlər

Orphus sistemi