Azərbaycanda 400 hektarda yeni istixana kompleksləri yaradılır

Azərbaycanda 400 hektarda yeni istixana kompleksləri yaradılır "Bu istixanaların əsas bazarı xarici bazarlardır"
Sənaye
10 Aprel , 2018 03:20
Azərbaycanda 400 hektarda yeni istixana kompleksləri yaradılır

Bakı. 10 aprel. REPORT.AZ/ "Ümid edirəm və əminəm ki, yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Dövlət başçısı yeni ixrac bazarlarının vacibliyindən danışıb:

"Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik".

Son xəbərlər

Orphus sistemi