​Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı müzakirə edib

​Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı müzakirə edib Rusiya Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. dollar yatırıb
Sənaye
10 Fevral , 2015 17:23
​Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı müzakirə edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadiy Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, Ş.Mustafayev Azərbaycan və Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla 170-ə yaxın sənəd imzalandığını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 mlrd. ABŞ dollarından çox birbaşa investisiya qoyulub.

A.Dvorkoviç əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən hökumət rəsmisi ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini də bölüşüb.

Son xəbərlər

Orphus sistemi