Azərbaycanda Rusiya ilə birgə innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı təklif olunub

Azərbaycanda Rusiya ilə birgə innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı təklif olunub “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə Rusiyanın “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Sənaye
31 Yanvar , 2020 10:40
Azərbaycanda Rusiya ilə birgə innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı təklif olunub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə Rusiyanın “Metalinvest – K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

Korporasiyadan "Report"a verilən məlumata görə, görüşdə innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı ilə məşğul olan “Metalinvest – K” şirkətinin nümayəndələri ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda bu qurğuların sınağını həyata keçirmək niyyətində olduqlarını bildiriblər. 

Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssisələrin qurulması, eləcə də investisiya yatırımının perspektivləri müzakirə olunub. 

Şirkətin daha bir fəaliyyət istiqaməti ağıllı şəhər konsepti üçün nəzərdə tutulan texnoloji həllərin həyata keçirilməsindən ibarətdir. Bu texnoloji həllər elektrik, qaz, su və digər xərclərə nəzarət, təhlükəsizlik sisteminin qurulması və uzaqdan idarə edilməsi, istehsal sahələrinin monitorinqinin elektron şəkildə aparılması, anbarların avtomatlaşdırılması, eləcə də avadanlıqların monitorinqinin aparılmasına imkan yaradır. Təklif edilən bu texnoloji həllərin gələcəkdə korporasiyanın müxtəlif istehsalat sahələrində tətbiqi məsələsi də görüşün müzakirə mövzularından olub. 

Görüşdə korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “ASK Şüşə” MMC-nin əməkdaşları və “Metalinvest – K” şirkətinin mühəndis və layihə rəhbərləri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi