Azərbaycan sənayesinin qeyri-neft sektorunda istehsal 4,3% artıb

Azərbaycan sənayesinin qeyri-neft sektorunda istehsal 4,3% artıb Sənaye məhsulunun 69,7%-i mədənçıxarma sektoru, 24,9%-i emal sektorunda istehsal olunub
Sənaye
18 Sentyabr , 2017 11:02
Azərbaycan sənayesinin qeyri-neft sektorunda istehsal 4,3% artıb
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 24,8 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib. “Report”un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3% artıb, neft sektorunda isə 7,7% azalıb.

Sənaye məhsulunun 69,7%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9,3%, əmtəəlik qaz hasilatı isə 4,1% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 1,1%, içkilərin istehsalı 28,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 82,1%, geyim istehsalı 43,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 75,2%, kimya sənayesi məhsullarının istehsalı 22,2%, əczaçılıq məhsullarının istehsalı 2 dəfə artıb.

Bundan əlavə artan sənaye sahələri sırasında rezin və plastik kütlə məmulatlarının istehsalı 75%, tikinti materiallarının istehsalı 32,6%, kompüter və elektron məhsulların istehsalı 42,9%, elektrik avadanlıqlarının istehsalı 63,8%, maşın və avadanlıqların istehsalı 32,4%, s. nəqliyyat vasitələrinin istehsalı 23,7%, mebel istehsalı 20,2%-lə yer alıb.

Tütün məmulatlarının istehsalı 15,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 34,8%, kağız və karton istehsalı 0,3%, poliqrafiya məhsullarının istehsalı 46,1%, metallurgiya sənayesi məhsullarının istehsalı 8,5%, hazır metal məmulatlarının istehsalı 31,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0% azalıb.

Son xəbərlər

Orphus sistemi