Azərbaycan sənaye parklarının rezidentləri üçün mal idxalını gömrük rüsumlarından 5 illik azad edir

Azərbaycan sənaye parklarının rezidentləri üçün mal idxalını gömrük rüsumlarından 5 illik azad edir Parlament "Gömrük tarifi haqqında" qanuna dəyişiklikləri təsdiq edib
Sənaye
6 May , 2016 11:40
Azərbaycan sənaye parklarının rezidentləri üçün mal idxalını gömrük rüsumlarından 5 illik azad edir

Bakı. 6 may. REPORT.AZ/ "Gömrük tarifi haqqında" qanunda dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub. "Report"un verdiyi xəbərə görə, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə tərəfindən təqdim edilib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müəyyən edilmiş fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən etibarən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Bildirək ki, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Prezidentinin Qaradağ Sənaye Parkının yaradılması haqqında 3 iyun 2015-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, "Sosial sığorta haqqında" qanunda eyni maddə üzrə dəyişikliklər edilməsi məsələsi də iclasda müzakirə edilərək təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi