“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Maliyyə departamentinə yeni direktor təyin edilib.
“Report” xəbər verir ki, bu, Rövşən Məmmədovdur.
O, bundan əvvəl əvvəl “Gilan Holding” MMC-yə daxil olan “Gilan Hospitality Group” MMC-nin baş maliyyə direktoru olub və yeni vəzifəsində bir qədər əvvəl ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyinat almış Fəxri Mehdiyevi əvəz edib.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.