​Azərbaycan qızıl hasilatını kəskin artırıb

​Azərbaycan qızıl hasilatını kəskin artırıb İki ayda ölkədə 336 kq qızıl hasil olunub
Sənaye
21 Mart , 2015 12:49
​Azərbaycan qızıl hasilatını kəskin artırıb

Bakı. 21 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 336,0 kq qızıl hasil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,4% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbər görə, bu müddətdə gümüş hasilatında isə azalma qeydə alınıb və hasilat 79% azalaraq 12,2 kq təşkil edib.

Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 2014-cü ildə 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə başlanılıb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır.

Son xəbərlər

Orphus sistemi