Azərbaycan qızıl hasilatını 34% artırıb

Azərbaycan qızıl hasilatını 34% artırıb Gümüş hasilatında isə azalma davam edir
Sənaye
12 İyun , 2015 10:07
Azərbaycan qızıl hasilatını 34% artırıb

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq cari ilin yanvar-may ayları ərzində 902,9 kq təşkil edib.

"Report"un Dövlət Statsitika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə gümüş hasilatında isə azalma davam edib. Hasilat illik müqayisədə 79,8% azalaraq cari ilin ilk beş ayında 34,9 kq olub.

Təhlil olunan dövrdə mədənçıxarma sənayesində istehsalın həcmi 6,9 mln. manat olmaqla əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 2,5% üstələyib.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır.

Son xəbərlər

Orphus sistemi