Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda qızıl hasilatı illik müqayisədə 30% artaraq cari ilin yanvar-avqust ayları ərzində 1 510,8 kq təşkil edib. "Report"un
Mədənçıxarma sənayesində istehsalın həcmi 11,1 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 1,3% üstələyib.
Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.