​Azərbaycan qızıl hasilatını 24% artırıb

​Azərbaycan qızıl hasilatını 24% artırıb Gümüş hasilatı isə azalıb
Sənaye
18 Noyabr , 2015 12:39
​Azərbaycan qızıl hasilatını 24% artırıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 1 890,7 kq qızıl hasil olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur. Cari ilin noyabrın 1-nə hazır məhsul ehtiyatı 80,2 kq təşkil edib.

Rəsmi statistika ölkədə gümüş hasilatında əksinə, azalma olduğunu göstərir. Belə ki, istehsal 59% azalaraq cari ilin ilk 10 ayı ərzində 92,1 kq olub.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi