Azərbaycan qara metalların idxalını 59 %-ə yaxın azaldıb

Azərbaycan qara metalların idxalını 59 %-ə yaxın azaldıb Qara metallar və onlardan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 7,11 %-ni təşkil edib
Sənaye
20 Fevral , 2021 14:25
Azərbaycan qara metalların idxalını 59 %-ə yaxın azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 55,96 milyon ABŞ dolları dəyərində 45,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,2 mln ABŞ dolları (33,5 %) və 32,4 min ton (58,6 %) azdır.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 7,11 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi