Azərbaycan İnvestisiya Şirkəti tender keçirir

Azərbaycan İnvestisiya Şirkəti tender keçirir Şirkət Masallı Sənaye Zonasının yaradılması ilə bağlı tikinti işləri gördürmək istəyir
Sənaye
5 İyun , 2017 16:41
Azərbaycan İnvestisiya Şirkəti tender keçirir

Bakı. 5 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Azərbaycan İnvestisiya Şirkəti” ASC Masallı Sənaye Zonasının yaradılması ilə bağlı tikinti işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 29-na qədər, tender təklifi və onujn dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 10-na qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” biznes mərkəzinin 20-ci mərtəbəsində yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kamran Musayevdir. Telefon: (012) 488-80-10. E-poçt: [email protected]

Təkliflərə iyulun 11-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı aşağı qiymət, satınalma müqaviləsinin yerinə yetirilməsi müddəti, kadr imkanları və təminat müddəti kimi meyarlara üstünlük veriləcək. 

Son xəbərlər

Orphus sistemi