Azərbaycan Dağıstandan 5 mln. dollarlıq təbəqə şüşə alacaq
Sənaye
- 10 noyabr, 2016
- 07:42
Bakı. 10 noyabr. REPORT.AZ/ Dağıstanın "Kaspi" təbəqə şüşə zavodu Azərbaycana 5 mln. ABŞ dolları həcmində təbəqə şüşə tədarük edəcək. "Report" xəbər verir ki, məhsulun tədarükünə dair razılaşma zavod ilə Azərbaycanın "Qlass Haus" şirkəti arasında imzalanıb.
"Kaspi" təbəqə şüşə zavodu Dağıstanda fəaliyyət göstərən iri müəssisədir. İnvestisiya layihəsi 2013-cü ildə həyata keçirilib. Zavodun layihə gücü sutkada 600 ton təbəqə şüşəsi təşkil edir. 2016-cı ildə zavodda 190 min tondan artıq məhsulun istehsalı nəzərdə tutulub. Bu isə ötən ilin faktiki istehsal göstəricisi ilə müqayisədə 13% çoxdur.
Qeyd edək ki, 2015-ci ildə valyuta kreditləri bahalaşdığı üçün zavodun maliyyə problemləri yaranmışdır, müəssisədə nəzarət proseduru tətbiq olunmuşdur.
Son xəbərlər
03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56
Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub
Region02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18
Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Digər ölkələr01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44