​Azərbaycan bu il qızıl istehsalını 21% artırıb

​Azərbaycan bu il qızıl istehsalını 21% artırıb Gümüş istehsalı isə illik müqayisədə 54% azalıb
Sənaye
16 Dekabr , 2015 11:21
​Azərbaycan bu il qızıl istehsalını 21% artırıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2 042,8 kq qızıl hasil olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. Nəticədə, сari ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı 56,4 kq təşkil edib.

Rəsmi statistika ölkədə gümüş hasilatında əksinə, azalma olduğunu göstərir. Belə ki, istehsal 54,4% azalaraq cari ilin ilk 11 ayı ərzində 105,7 kq olub.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi