Azərbaycan avtomobil və traktor istehsalını azaldıb

Azərbaycan avtomobil və traktor istehsalını azaldıb Bu ilin yanvar-may aylarında Azərbaycanda 127,7 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.
Sənaye
12 İyun , 2020 15:10
Azərbaycan avtomobil və traktor istehsalını azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 127,7 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 37,6% artıb, maşın və avadanlıqların istehsalı isə 8,2% azalıb.

Yanvar-may aylarında 672 ədəd minik avtomobili istehsal olunub ki, bu da illik müqayisədə 27% və yaxud 248 ədəd avtomobil azdır. Bu il iyunun 1-nə ölkədə 67 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ötən dövrü ərzində ölkədə 105 ədəd traktor istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 82% azdır. Bu il iyunun 1-nə ölkədə 271 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi