Bu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112 milyon manatlıq məhsul istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7% artıb.
Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu ilin aprelin 1-nə ölkədə 221 ədəd hazır məhsul istehsalı yaranıb.
Yanvar-mart aylarında ölkədə 85 ədəd traktor istehsal edilib. Bu da illik müqayisədə 72,8% azdır. Amma bununla belə, aprelin 1-nə ölkədə 302 ədəd hazır məhsul istehsalı yaranıb.