Yuxarı

Azərbaycan kimya sənayesi məhsullarının ixracını artırıb

Kimya sənayesi məhsullarının ixracın ümumi strukturunda payı 0,3% təşkil edib

Bakı. 21 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan 39,02 mln. ABŞ dolları həcmində kimya sənayesi məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının ixracı 4,8% artıb. 

Yanvar-iyul aylarında ümumi ixrac strukturunda  kimya sənayesi məhsullarının payı 0,3% təşkil edib.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan 57,169 mln. dollar həcmində kimya sənayesi məhsulları ixrac edib. Əvvəlkı il ilə müqayisədə kimya sənayesi məhsullarının ixracı 67,3% artıb. 

Ötən il  ümumi ixrac strukturunda kimya sənayesi məhsullarının payı 0,2% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi