Azərbaycan kimya məhsullarının ixracını artırıb

Azərbaycan kimya məhsullarının ixracını artırıb Bu ilin yanvar-avqust aylarında Azərbaycan 45,6 mln. dollar həcmində kimya sənayesi məhsullarını ixrac edib
Sənaye
25 Sentyabr , 2014 12:38
Azərbaycan kimya məhsullarının ixracını artırıb
Bakı. 25 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycan 45,631 mln. ABŞ dolları həcmində kimya sənayesi məhsullarını ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən "Report" xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının ixracı 12,3% artıb. Ölkənın ümumi ixracının strukturunda kimya sənayesi məhsullarının payı 0,3% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qiymətləndirilən dövr ərzində Azərbaycanda ümumilikdə 192,878 mln. manat (248,3 mln. dollar) həcmində kimya sənayesi məhsulları istehsal olunub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı qiymət ekvivalentində 12,1% artıb. 

Qeyd edək ki, 2013-cü ildə 57,169 mln. dollar həcmində kimya sənayesi məhsulları ixrac olunub, 2012-ci il ilə müqayisədə ixrac 67,8% azalıb. İxracın ümumi həcmində kimya sənayesi məhsullarının payı 0,24% olub.

Son xəbərlər

Orphus sistemi