Yuxarı

​"AvtoVAZ" və UAZ rublun düşməsi səbəbindən qiymətləri qaldırıb

AvtoVAZ buraxılış qiymətlərini orta hesabla 9% artırır

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın "AvtoVAZ" konserni və Ulyanovsk avtomobil zavodu (UAZ) rublun düşməsi səbəbindən istehsal etdikləri avtomobillərin qiymətlərini qaldırıblar.

"Report" xəbər verir ki, "AvtoVAZ" buraxılış qiymətlərini orta hesabla 9% artırır.

Konsernin prezidenti Bu Andersson dollar və avronun məzənnəsinin artmasını başlıca səbəblərdən biri kimi göstərib.

UAZ-ın saytında yerləşdirilən məlumata görə, şirkət öz növbəsində avtomobillərinin qiymətini 30-70 min rubl qaldırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi