"Anglo-Asian Mining” hasilatını azaldıb

"Anglo-Asian Mining” hasilatını azaldıb Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkətinin 2019-cu il ərzində Gədəbəy ərazisində hasilatı 1,1% azalaraq 82 795 unsiya qızıl ekvivalenti olub.
Sənaye
15 Yanvar , 2020 12:13
Anglo-Asian Mining” hasilatını azaldıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin 2019-cu il ərzində Gədəbəy ərazisində hasilatı 1,1% azalaraq 82 795 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2019-cu illə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 70 098 unsiya, mis hasilatı 2 210 ton, gümüş hasilatı isə 159 356 unsiya təşkil edib. Qızıl hasilatında 4%, gümüş hasilatında 24% azalma, mis hasilatında isə 34% artım qeydə alınıb.

Ümumi hasilatın 21 284 unsiyası IV rübün payına düşüb. Bu isə ötən ilin müvafiq dövründən 3% azdır.

Şirkət 2019-cu ilin IV rübündə 17 907 unsiya qızıl, 729 ton mis, 41 686 unsiya gümüş hasil edib. Qızıl hasilatı ötən ilin müvafiq dövründən 1,66%, gümüş hasilatı 36,7% az, mis hasilatı 24% çox olub.

“Anglo-Asian Mining” 2019-cu ildə 54 061 unsiya qızıl külçə satıb və hər külçə üçün orta satış qiyməti 1 410 dollar təşkil edib. 2018-ci ildə isə orta hesabla 1 265 dollar qiymətinə 59 481 unsiya qızıl külçə satılıb.

Şirkət IV rübdə 12 509 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 481 dollar təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi