“LEDLINE” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
"Report" agentliyə istinadən xəbər verir ki, şirkət Parkın 1 hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa edəcək.
İnvestisiya dəyəri 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.