Bakıda sərnişin avtobusu evakuatorla toqquşub, 4 qadın xəsarət alıb - FOTO

Bakıda sərnişin avtobusu evakuatorla toqquşub, 4 qadın xəsarət alıb - FOTO Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.
Sağlamlıq
11 İyun , 2019 17:01
Bakıda sərnişin avtobusu evakuatorla toqquşub, 4 qadın xəsarət alıb - FOTO

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib. 

"Report" xəbər verir ki, 104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi