“Zəfəran Hospital”: “22 yaşlı modelin ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəyini gözləyirik”

“Zəfəran Hospital”: “22 yaşlı modelin ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəyini gözləyirik” “Hər bir əməliyyatda ölüm riski var”
Sağlamlıq
30 İyun , 2017 12:03
“Zəfəran Hospital”: “22 yaşlı modelin ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəyini gözləyirik”

Bakı. 30 iyun. REPORT.AZ/ ““Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək”.

Bu barədə “Report”a hospitaldan bildirilib.

Qeyd olunub ki, L.Oruclunu əməliyyat edən iranlı Siruz Qoçxani tərcübəli və peşəkar həkimdir: “Heç bir həkim xəstəsinin ölməyini istəməz. Lakin hər bir əməliyyatda ölüm riski var. Bütün əməliyyatlardan öncə hər bir xəstə ilə müqavilə imzalanır və burada əməliyyatin risk faktorları onlara izah edilir. Leyla ilə də həmin müqavilə imzalanmışdı. İyunun 22-də baş tutan əməliyyat uğurlu keçdi və hansısa problem olmadan xəstə özünə gəldi. Lakin əməliyyatdan bir neçə gün sonra onun səhhətində ağırlaşma olub”.

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani mətbuata açıqlamasında Leyla Oruclu pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdiyini bildirib.  

Son xəbərlər

Orphus sistemi