Yuxarı
    Bağlamaq

    ÜST: Qaynar çayın istifadəsi xərçəngin inkişafına gətirib çıxara bilər

    Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq qaynar qəhvə və çayın istifadəsini sağlamlıq üçün təhlükəli hesab edir

    Bakı. 16 iyun. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq qaynar qəhvə və çayın istifadəsini sağlamlıq üçün təhlükəli hesab edir.

    "Report" xəbər verir ki, agentliyin tədqiqatına əsasən, həddən artıq qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə gətirib çıxara bilər. 

    Söhbət qaynarlığı 65 dərəcə Selsidən yüksək olan içkilərdən gedir. 

    Tədqiqatın üzərində 23 alim işləyib. Onların işinin nəticələri "Lanset" tibbi jurnalında dərc olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi