ÜST nümayəndəsi: “2018-ci ilə qədər vərəmdən ölüm halları azalacaq”

ÜST nümayəndəsi: “2018-ci ilə qədər vərəmdən ölüm halları azalacaq” “Dünyada vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfərə görə 40 faizdən 36 faizə enib”
Sağlamlıq
27 Mart , 2017 17:02
ÜST nümayəndəsi: “2018-ci ilə qədər vərəmdən ölüm halları azalacaq”
Report.az

Bakı. 27 mart. REPORT.AZ/ “Dünyada vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfərə görə 40 faizdən 36 faizə enib”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə göstəricisi 72%-dən 76%-ə, çoxsaylı dərmanlara davamlı (ÇDD) vərəmin aşkarlanma göstərici 30-dan 63%-dək, ÇDD vərəm müalicə əhatəsi 63%-dən 96%-dək, ÇDD vərəm xəsətlərin uğurlu müalicə göstəricisi 48%-dən 51%-dək yüksəlib.

O qeyd edib ki, 2015-ci ildə dərmanlara davamlı xəstələr arasında müalicə göstəriciləri 2011-ci illə müqayisədə 49%-dən 51%-dək artıb: “Buna baxmayaraq nəticə 75%-dən aşağıdır. Dünyada 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarının sayı 8,3% azalıb. Əgər cari tendensiya davam edərsə, 2018-ci ilə qədər məqsəd kimi müəyyən edilmiş hər 100 nəfərə 2,7 faiz ölüm göstəricisinə nail olmaq olar. Dünyada aşkarlanan yeni vərəm hallarnın sayı 4,7% azalıb. Bu tendensiya davam edərsə, yeni vərəm hallarının sayı 29,2%-dən 24%-ə enə bilər”.

C.Süleymanova bildirib ki, 2015-ci ilə qədər Avropa regionunda 323 min nəfər vərəmə yoluxub və 32 min insan ölüb: “Vərəmə yoluxan 323 min nəfərdən 190 mini kişi (58%), 25 mini uşaq (8%), 111 mini (34%) isə qadın olub. Hər iki vərəmli xəstədən biri yetkindir”.

Son xəbərlər

Orphus sistemi